Gürcüstanda ölənlərin sayı yeni doğulanların sayını üstələyib

Gürcüstanda ölənlərin sayı yeni doğulanların sayını üstələyib
# 30 mart 2023 14:10 (UTC +04:00)

2022-ci ildə Gürcüstanda yeni doğulanların sayı illik müqayisədə 7,9% azalaraq 42 319 nəfər təşkil edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Gürcüstanda ötən il ərzində ölənlərin sayı isə illik ifadədə 18% azalaraq 49 118 nəfər təşkil edib. Ümumilikdə, 2022-ci ildə Gürcüstanda mənfi təbii artım qeydə alınıb (-6 799).

Hesabat dövründə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində isə müsbət təbii artım qeydə alınıb. Ötən il Kvemo Kartlidə yeni doğulanların sayı 5 074 nəfər, ölənlərin sayı isə 4 528 nəfər təşkil edib.

Statistikaya əsasən 2022-ci ildə Gürcüstada körpə ölüm nisbəti hər 1000 nəfərə 7,6 nəfər, 5 yaş altı ölüm nisbəti isə hər min nəfərə 9,2 nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR