Gürcüstanda Omicrona yoluxanların əksəriyyəti gənclərdir

Gürcüstanda Omicrona yoluxanların əksəriyyəti gənclərdir
# 14 yanvar 2022 10:57 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamı həftə sonunadək dominant ştam olacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, bu göstərici hazırda 45% təşkil edir və həftə sonunadək 60%-ə çatacağı proqnozlaşdırılır.

Baş epidemioloq qeyd edib ki, hazırda ölkədə təkrar yoluxma halları 16% təşkil edir, yoluxanların əksəriyyətini isə gənclərdir. A. Qamrelidze virusla mübarizədə istifadə edilən vaksinlərin “buster” dozasının Omicron ştamına qarşı mübarizədə effektiv olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR