Gürcüstanda rüşvət faktı üzrə bir qrup şəxs saxlanılıb

Gürcüstanda rüşvət faktı üzrə bir qrup şəxs saxlanılıb
  • Clock-gray 11:03
  • calendar-gray 17 Avqust 2019

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları rüşvət faktı üzrə bir qrup şəxsi saxlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, qurumun əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində rüşvət faktı üzrə Terjola Bələdiyyəsinə Nəzarət Xidmətinin baş mütəxəssisi Gela K.,  Kaxi K. və Gia M. həbs edilib.

Agentliyin məlumatına  görə, istintaq Kaxi K. və Gia M.- nin Gela K.-ya  qanunsuz tikililərə görə rüşvət təklif etdiyini  və sonradan  1000 lari rüşvət  verdiyini müəyyən edib.

Faktla bağlı saxlanılan şəxsləri 7 ildən 11 ilədək həbs cəzası gözləyir.

 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date