Gürcüstanda son bir həftədə 2 570 nəfər koronavirusa yoluxub

Gürcüstanda son bir həftədə 2 570 nəfər koronavirusa yoluxub
# 05 iyul 2022 11:36 (UTC +04:00)

İyunun 27-dən iyulun 3-dək Gürcüstanda yeni növ koronavirus infeksiyasına (COVID-19) 2 570 yoluxma halı təsdiqlənib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Qeyd olunub ki, son bir həftə ərzində xəstəlikdən 3 nəfər ölüb, 1 103 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR