Gürcüstanda son sutkada 68 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutkada 68 nəfər koronavirusdan ölüb
# 23 dekabr 2021 10:49 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 164 yoluxma halı qeydə alınıb, 68 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 918 641, ölənlərin sayı isə 13 289 nəfərə çatıb.

Virusa yoluxanlardan 873 178 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR