​​​​​​​Gürcüstanda son sutkada COVID-19-dan 28 nəfər ölüb

​​​​​​​Gürcüstanda son sutkada COVID-19-dan 28 nəfər ölüb
# 08 yanvar 2022 11:08 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 622 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 956 032, ölənlərin sayı isə 14 156 nəfərə çatıb. Virusa yoluxanlardan 911 666 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR