Gürcüstanda son sutkada koronavirusa 8 728 nəfər yoluxub

Gürcüstanda son sutkada koronavirusa 8 728 nəfər yoluxub
# 19 yanvar 2022 10:42 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 8 728 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 015 592, ölənlərin sayı isə 14 555 nəfərə çatıb.

Virusa yoluxanlardan 943 212 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR