Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 326 yoluxma halı qeydə alınıb, 48 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 979 235-ə, ölənlərin sayı isə 14 359 nəfərə çatıb. Virusa yoluxanlardan 922 411 nəfərin sağaldığı bildirilib.