Gürcüstanda telekanal direktoru azadlıqdan məhrum edilib

Gürcüstanda telekanal direktoru azadlıqdan məhrum edilib
# 16 may 2022 10:34 (UTC +04:00)

Gürcüstanın müxalif “Mtavari Arxi” telekanalının direktoru Nika Qvaramia 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

APA-nın yerli bürosu xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində keçirilən dinləmədə hakim Qvaramiyanın məhkəmə zalında həbs edilməsinə qərar verib. Nika Qvaramiya özünü təqsirli hesab etmədiyini bildirib.

O, “Rustavi 2” telekanalının rəhbəri olduğu zaman vəzifə səlahiyyətlərindən yayım şirkətinin marağının ziddinə istifadə etməkdə və külli miqdarda mənimsəmədə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR