Gürcüstanda tikiş fabrikinin 25 işçisi zəhərlənib

Gürcüstanda tikiş fabrikinin 25 işçisi zəhərlənib
# 28 iyul 2022 17:21 (UTC +04:00)

Gürcüstanın Kobuleti şəhərində fəaliyyət göstərən “Ajara Textile” tikiş fabrikinin 25 işçisi zəhərlənib.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbəri verir ki, zəhərlənən şəxslərin vəziyyətinin stabil olduğu bildirilir.

İlkin ehtimala görə, onlar təbii qazdan zəhərləniblər. Lakin, fabrikin direktoru Davit Jaiani bildirib ki, müəssisə qazla təmin edilməyib, ona görə də zəhərlənmənin səbəbi tam olaraq bilinmir.

O, fabrikin yalnız mətbəxinin qazla təmin edildiyini və istehsal prosesi ilə əlaqəsinin olmadığını bildirib.

Zəhərlənənlərdən 10-u xəstəxanaya aparılıb. Ümumilikdə 200 nəfərin işlədiyi müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR