Gürcüstanda ÜDM 4,5% artıb

Gürcüstanda ÜDM 4,5% artıb
# 18 sentyabr 2019 11:13 (UTC +04:00)

2019-cu ilin ikinci rübündə Gürcüstanda Ümumdaxili Məhsul 11 026.3 milyon lari təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabata əsasən, bu ölkədə ÜDM illik müqayisədə 4,5%, ÜDM deflyatoru isə 3,8% artıb.

Əsas artımlar daşımalar (17,9%), daşınmaz əmlak, kirayə və biznes fəaliyyətləri (16,9%), hotel və restoran xidmətləri (14,1%), elektrik, qaz və su təchizatı (11,5%) və kommunikasiya (10,8%) sahələrində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR