Gürcüstanda xaricilər üçün vaksinasiya və PZR testi tələbi ləğv edilib

Gürcüstanda xaricilər üçün vaksinasiya və PZR testi tələbi ləğv edilib
# 15 iyun 2022 11:49 (UTC +04:00)

Gürcüstan hökuməti xarici ziyarətçilər üçün tam vaksinasiya haqqında sənəd və PZR testinin mənfi cavabının təqdim edilməsi öhdəliklərini ləğv edib.

APA-nın xəbərinə görə, müvafiq qərarı ötən gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili imzalayıb. Qərara əsasən, bu gündən etibarən vətəndaşlığından asılı olmayaraq xaricdən gələn hər bir şəxs COVİD-19 virusu əleyhinə tam vaksinasiya pasportunu və son 72 saat ərzində əldə edilmiş PZR testinin mənfi cavabını təqdim etmək öhdəliyindən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR