Gürcüstanda “Yuxarı Lars” gömrük-keçid məntəqəsi xüsusi iş rejiminə keçib

Gürcüstanda “Yuxarı Lars” gömrük-keçid məntəqəsi xüsusi iş rejiminə keçib
# 26 sentyabr 2022 12:05 (UTC +04:00)

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər (gömrük) Xidməti Rusiya ilə sərhəddə yerləşən “Yuxarı Lars” gömrük-keçid məntəqəsində yaranmış sıxlıqla əlaqədar xüsusi iş rejiminə keçib.

APA-nın yerli bürosunun xəbərinə görə, bölgədə nəqliyyat axınının artması səbəbi ilə Gürcüstanın bütün gömrük-keçid məntəqələrində xüsusi iş rejiminə keçilib.

Gəlirlər Xidmətinin məlumatında bildirilib ki, gömrük prosedurlarının 24 saat rejimində həyata keçirilməsi üçün sərhəd-keçid məntəqələrində gömrük əməkdaşlarının sayı artırılıb.

Qurumun məlumatında qeyd olunub ki, “Yuxarı Lars” gömrük-keçid məntəqəsi vasitəsilə Rusiya istiqamətində hərəkət edən yük maşınlarına gömrük nəzarəti prosedurları qismən yubanır.

Əlavə olunub ki, artan beynəlxalq yük dövriyyəsinin davamlılığını təmin etmək məqsədilə Türkiyə, Azərbaycan və Ermənistanın müvafiq gömrük idarələri ilə intensiv əlaqə saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR