2016-2020-ci illərdə Gürcüsandan 61 Azərbaycan vətəndaşı deportasiya edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının Miqrasiya Profili adlı hesabatında bildirilib. 5 illik dövr ərzində say etibarilə Gürcüstandan ən çox Azərbaycan vətəndaşları deportasiya edilib.
Belə ki, 2016-cı ildə 6, 2017-ci ildə 7, 2018-ci ildə 9, 2019-cu ildə 32, 2020-ci ildə 7 Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya edilib.
Hesabat dövründə Gürcüstandan 46 Türkiyə, 37 İran, 23 Ermənistan, 22 Rusiya, 22 Nigeriya, 19 Misir, 17 Banqladeş, 16 Şri-Lanka vətəndaşı çıxarılıb.
Deportasiya qərarından sonra xarici vətəndaşların 91%-i ölkəni könüllü, 9%-i isə zorla tərk ediblər.
2016-2020-ci illərdə Gürcüstandan deportasiya edilən xarici vətəndaşların 36%-i Azərbaycan, Türkiyə və İran vətəndaşları olub.