Gürcüstanın Azərbaycanla sərhəd Laqodexi rayonunda 3 bal gücündə zəlzələ baş verib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb.
Bildirilib ki, yerli vaxtla saat 09:21-də baş vermiş zəlzələnin episentri Raçisubani kəndi yaxınlığında, yerin 18 kilometr dərinliyində qeydə alınıb.