Gürcüstanın Baş naziri Polşaya yola düşüb

İrakli Qaribaşvili

© APA | İrakli Qaribaşvili

# 04 may 2022 16:33 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Polşaya səfərə yola düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş nazir Polşa Baş nazirinin ev sahibliyi edəcəyi Ukrayna üçün Yüksək Səviyyəli Beynəlxalq Donorlar Konfransında iştirak edəcək.

Gürcüstan Baş nazirini səfərdə xarici işlər naziri İliya Darçiaşvili müşayiət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR