Gürcüstanın Baş naziri: “Regionda sülh və sabitliyin tərəfdarıyıq”

Qaribaşvili, Paşinyan

© APA | Qaribaşvili, Paşinyan

# 20 dekabr 2021 14:28 (UTC +04:00)

"Biz regionda sülh və sabitliyin tərəfdarıyıq".

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

O bildirib ki, Gürcüstanın motivasiyası hər zaman bu prosesdə vacib rol oynamaqdır və bu istiqamətdə Baş nazir özü şəxsən “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” platformasını irəli sürüb.

"Bildiyiniz kimi, mən "Dinc Qonşuluq Təşəbbüsü"nü səsləndirmişəm və bir daha təsdiqləmək istəyirəm ki, biz hər zaman regionda sülh və sabitliyin inkişaf etdirilməsinə töhfə verməyə hazırıq”, - İ. Qaribaşvili qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR