Gürcüstanın Baş naziri Rusiyanın Ukraynaya hücumunu qınayıb

Gürcüstanın Baş naziri Rusiyanın Ukraynaya hücumunu qınayıb
# 05 may 2022 16:00 (UTC +04:00)

Polşada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Rusiyanın Ukraynaya hücumunu qınayıb.

APA-nın yerli bürosu xəbər verir ki, İrakli Qaribaşvili ölkəsinin Ukraynanın yanında olduğunu vurğulayıb.

“Biz Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı aqressiyasını qınayırıq, bu, beynəlxalq hüququn, BMT xartiyasının kobud surətdə pozulmasıdır. Bu müharibənin nəticəsi Avropanın gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək”, - İrakli Qaribaşvili vurğulayıb.

Baş nazir Gürcüstan hökumətinin Ukrayna xalqı ilə tam həmrəylik içərisində olduğunu deyib. O əlavə edib ki, Gürcüstan artıq Ukraynaya 7 milyon dollar dəyərində humanitar yardım edib və 28 min Ukrayna vətəndaşı müharibə başladıqdan sonra Gürcüstana üz tutub. Baş nazir bildirib ki, quru və hava yolu ilə Gürcüstandan Ukraynaya 5 min ton humanitar yardım göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR