Gürcüstanın daxili işlər naziri 12 nəfərin girov götürülməsi ilə əlaqədar Kutaisiyə gedib

Gürcüstanın daxili işlər naziri 12 nəfərin girov götürülməsi ilə əlaqədar Kutaisiyə gedib
# 20 sentyabr 2022 17:40 (UTC +04:00)

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri 12 nəfərin girov götürülməsi ilə əlaqədar Kutaisiyə gedib.

APA-nın yerli bürosu xəbər verir ki, digər rəsmilərlə birlikdə “Gürcüstan Bankı” filialının yaxınlığına gedən nazir vəziyyətlə yerində tanış olub. Əraziyə əlavə polis qüvvələri və həkimlər cəlb olunub.

Basqını törədən şəxs 2 milyon dollar, helikopter və mikroavtobus tələb edir. O, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə üzərindəki partlayıcı qurğunu işə salmaqla hədələyir. Yayılan görüntülərdə onun odlu silahla yanaşı əlinə yapışdırıcı lentlə bərkitdiyi qumbara görünür. Girovlardan bəzilərinin səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR