Gürcüstanın Kvemo-Kartli bölgəsində koronavirusa yoluxanların sayı açıqlanıb

Gürcüstanın Kvemo-Kartli bölgəsində koronavirusa yoluxanların sayı açıqlanıb
# 23 dekabr 2021 11:08 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasına ən çox yoluxma halları paytaxt Tbilisinin payına düşür.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Belə ki, son sutka ərzində Tbilisidə 1 074 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Bölgələr üzrə Acarıstan Muxtar Respublikasında 149, İmeretidə 291, Şida Kartlidə 142, Quriada 79, Sameqrelo-Zemo Svanetidə 113, Kaxetidə 111, Mtsxeta-Mtianetidə 70, Samtsxe-Cavaxetidə 26, Raça Lekxumi və Kvemo Svanetidə 20 yoluxma halı təsdiqlənib.

Azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartlidə isə ötən sutka ərzində 89 yoluxma halı təsdiqlənib..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR