Gürcüstanın milli aviadaşıyıcısı satışa çıxarılıb

Gürcüstanın milli aviadaşıyıcısı satışa çıxarılıb
# 17 yanvar 2022 21:16 (UTC +04:00)

“Gürcüstanın “Georgian Airways” aviaşirkəti 150 milyon dollara satışa çıxarılıb”.

APA-nın məlumatına görə, bu barədə keçmiş baş direktor Roman Bokeriyanın rəhbərlik etdiyi “Georgian Business Brokerage” şirkətinin bəyanatında bildirilib.

Bundan əvvəl o, “Georgian Airways”in müflis olduğunu və reabilitasiyası elan edilmişdi.

Şirkətin 16 min sərnişinə və onlarla başqa şirkətə 176 milyon lari borcu olduğu bildirilib.

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın aviadaşıyıcısının iflas/reabilitasiya proseduruna başlanması barədə qərar qəbul edib.

Məhkəmə qərarına əsasən, aviaşirkətin maliyyə böhranına koronavirus və sərhədlərin bağlanması səbəb olub və şirkət öz öhdəliklərini yerinə yetirə bilməyib.

Həmçinin, məhkəmə qərarında deyilir ki, “Georgian Airways” rəhbərliyinin şirkətin sağlamlaşdırılması layihəsi var. Xüsusilə, şirkət gəlirli istiqamətlərə uçuşlarını davam etdirmək niyyətindədir ki, bu da onun fəaliyyətinə zəmanət verəcək.

Gürcüstan qanunlarına görə, xarici investor yerli aviaşirkətin 49%-dən çoxuna sahib ola bilməz.

Əvvəlki adı “Airzena” olan şirkət 1993-cü ilin sentyabrında yaradılıb və 1999-cu ildə Gürcüstanın milli aviadaşıyıcısı kimi fəaliyyət göstərib. 2004-cü ilin avqustunda “Airzena”nın adı dəyişdirilərək “Georgian Airways” oldu.

Bu gün “Georgian Airways” tamamilə özəl şirkətdir. Aviaşirkətdə ən böyük pay - 80% biznesmen David Qayaşviliyə, şirkətin 20%-i isə Eter Qayaşvili (90%) və Sofio Qventsadzeyə (10%) məxsus "Georgia Air Service" MMC-yə məxsusdur.

Onun aviasiya donanması orta məsafəli “Boeing 737”, “Embraer” və “CRJ” təyyarələrindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR