Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasının səbəbi açıqlanıb

Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasının səbəbi açıqlanıb
# 27 may 2022 16:31 (UTC +04:00)

Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyimiz öz vətəndaşlarımıza və öz ölkəmizə sanksiya tətbiq etmək anlamına gələrdi.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstan parlamentində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Rusiyada 1 milyon Gürcüstan vətəndaşı yaşayır və iki ölkə arasında ticari-iqtisadi əlaqələr mövcuddur.

Qaribaşvili Gürcüstanın Ukrayna ilə həmrəylik nümayiş etdirdiyini, bununla belə sanksiyalar məsələsində ölkənin milli maraqlarının rəhbər tutulduğunu və heç kimin bu qərarı dəyişdirə bilməyəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR