Hakim partiya: Gürcüstan bütün parametrlər üzrə Moldova və Ukraynadan irəlidədir

Hakim partiya: Gürcüstan bütün parametrlər üzrə Moldova və Ukraynadan irəlidədir
# 17 iyun 2022 17:59 (UTC +04:00)

Gürcüstan bütün parametrlər üzrə Moldova və Ukraynadan irəlidədir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

O, Avropa Komissiyasının namizəd statusunun verilməsi ilə bağlı Moldova və Ukraynaya müsbət, Gürcüstana isə mənfi rəy verməsinin siyasi mahiyyət daşıdığını və buna iki əsas faktorun təsir etdiyini bildirib.

"Bunlardan biri Makronun da bu gün qeyd etdiyi kimi, müharibədir. Makron birbaşa qeyd etdi ki, Ukrayna namizəd statusunun əldə edilməsinə hazır deyil, amma bunu ona görə edirlər ki, Ukrayna müharibədədir. İkinci bəraət isə coğrafiyadır ki, bunu biz dəyişdirə bilmərik", - Kobaxidze qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR