Hərbi Administrasiya: Luqanskın 80%-i Rusiyanın nəzarətindədir

Hərbi Administrasiya: Luqanskın 80%-i Rusiyanın nəzarətindədir
# 20 aprel 2022 23:28 (UTC +04:00)

Ukraynanın Luqansk regionunun 80%-i Rusiyanın nəzarətindədir.

APA-nın xəbərinə görə, bu barədə CNN-ə açıqlamasında Luqans Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Hayday bildirib.

O, qeyd edib ki, Rusiya Luqanskda dayandırılmasa hərbi əməliyyatları davam etdirərək daha da irəliyə getməyə çalışacaq.

Hayday müharibənin ikinci fazasının başladığını, lakin bunun hələ total hücuma çevrilmədiyini vurğulayıb: “Onlar çox yayılırlar. Biz bir çox şəhərdə öz müdafiəmizi yaratmışıq. Onlar bizim qoşunlarımızı mühasirəyə almağa çalışırlar, orada çox iyrənc işlər gedir. Amma bu vaxtadək heç bir uğur əldə edə bilməyiblər. Biz onların texnikasını məhv etməyi yaxşı bacarırıq. Çox ciddi vəziyyət var. Bütün Luqansk regionu top atəşinə tutulur. Orada təhlükəsiz şəhər yoxdur. Biz başa düşürük ki, Rusiya hökuməti irəliyə getmək və yolu üzərindəki hər şeyi məhv etmək istəyir. Ona görə də biz mümkün qədər çox adamı təxliyə etməyə çalışırıq”.

Hayday qeyd edib ki, müharibədən qabaq 350 min ukraynalının yaşadığı Luqansk regionunda hazırda 70 min nəfər qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR