Hulusi Akar Sergey Şoyqu ilə Qarabağ məsələsini müzakirə edib - YENİLƏNİB

Hulusi Akar Sergey Şoyqu ilə Qarabağ məsələsini müzakirə edib - YENİLƏNİB
# 22 mart 2023 21:05 (UTC +04:00)

Rusiya müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla Qarabağ məsələsini müzakirə edib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər taxıl sövdələşməsini həmçinin Suriya məsələsini müzakirə ediblər.

Qeyd olunub ki, söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Türkiyənin milli müdafiə naziri Akar bildirib ki, Türkiyə taxıl müqaviləsinin uzadılması üzrə əməkdaşlıqdan məmnundur.

***

Saat 19:56

Türkiyə milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Akar qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR