Hulusi Akar: “Soyqırımı iddiaları əsassızdır” 

Hulusi Akar

© APA | Hulusi Akar

# 25 aprel 2022 12:14 (UTC +04:00)

“1915-ci il hadisələrini “soyqırımı” adlandırmağın heç bir əsası yoxdur. Bu əsassız iddialarla bağlı tarixçilərimizin ortaya qoyduğu faktları hər kəsin görməsini gözləyirik”.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, bu, heç bir halda regionda və dünyada sülhə xidmət edəcək bir iş deyil.

O, bu hadisələrlə bağlı ABŞ mənbələrindən toplanan araşdırmaların olduğunu qeyd edib: “Bu araşdırmalarda heç bir halda “soyqırımı” ifadəsi yer almayıb. Amma indi siyasi cəhdlərlə hər şey təhrif olunur. Tariximiz təmizdir, utanacaq bir şey yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR