II Elizabetin dəfninin bəzi detalları məlum olub

II Elizabetin dəfninin bəzi detalları məlum olub
# 12 sentyabr 2022 08:45 (UTC +04:00)

Böyük Britaniya kraliçası 2-ci Elizabetin dəfn mərasimində iştirak edənlər avtomobil və helikopterdən istifadə edə bilməyəcək.

APA xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Bu məhdudiyyətin tətbiqi tədbir keçirilən məkanda yerin azlığı ilə əlaqədardır. Bununla yanaşı, nümayəndə heyətlərinin tərkibi də məhdudlaşdırılıb. Dəfn mərasimində yalnız liderlər və onların arvadları iştirak edə bikləcəklər. Nümayəndələr mərasim yerinə xüsusi avtobuslarla daşınacaq.

Mərasimdən sonra yeni kral 3-cü Çarlz nümayəndələri Bukinqem sarayında qəbul edəcək.

Dəfn mərasimi Londonda 19 sentyabrda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR