İngiltərədə COVID-19-la bağlı məhdudiyyətlər yüngülləşdirilib

London

© APA | London

# 19 yanvar 2022 17:06 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentdə açıqlaması zamanı COVID-19-la bağlı məhdudiyyətlərin yüngülləşdirildiyini deyib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Baş nazir Səhiyyə Nazirliyindən verilən məlumata əsasən virusa yoluxmanın azaldığını bildirib.

Buna görə də, "Plan B" adlandırılan məhdudiyyətlər ləğv edilib.

Yeni qaydalara görə insanların artıq evlərindən işləmələrinə ehtiyac qalmayacaq, onlar ofislərinə qayıda biləcəklər.

Bu günə qədər gecə klubları, böyük teatrlar kimi məkanlarda tələb olunan vaksin sertifikatları ilə yanaşı, ictimai nəqliyyat və qapalı məkanlarda maska taxmaqla bağlı məhdudiyyətlər isə yanvarın 26-dan ləğv ediləcək.

Boris Conson bildirib ki, koronavirus hələ də aradan tamamilə qalxmayıb, buna görə insanlar diqqətli olmağa davam etməlidir. Baş nazir test nəticələri pozitiv olan şəxslərin özünü beş gün təcrid etməsi qaydasının mart ayına kimi davam edəcəyini diqqətə çatdırıb. Baş nazir vurğulayıb ki, mart ayında yoluxmaların səviyyəsindən asılı olaraq qaydada dəyişiklik edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR