İngiltərədə məktəbli atasının ona bayram hədiyyəsi olaraq aldığı minaaxtaranla bomba tapıb

İngiltərədə məktəbli atasının ona bayram hədiyyəsi olaraq aldığı minaaxtaranla bomba tapıb
# 30 dekabr 2021 20:34 (UTC +04:00)

İngiltərədə ata məktəbli oğluna Yeni İl hədiyyəsi olaraq minaaxtaran cihaz alıb.

APA “Daily Star” nəşrinə istinadən xəbər verir ki, Denni adlı yeniyetmə atası ilə birlikdə mağazadan çıxandan sonra cihazın işləmə funksiyasını öyrənmək məqsədilə onu işə salıb.

Bu zaman minaaxtaran dayanmada siqnal verməyə başlayıb. Pol və oğlu Denni cihazın tuşlandığı yeri maraq üçün qazmağa başlayıblar. Həmin yerdən qara ağır daşa bənzər əşya çıxıb.

Denni onu əlinə götürən zaman ətrafdakılardan biri uca səslə əşyanın bomba olduğunu deyərək, cəld onu yerə qoymasını bildirib.

Pol əvvəlcə polisə zəng edib, sonra isə aidiyyəti qurumlara xəbər edib. Bomba mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR