İngiltərədən ayrılmağı müdafiə edən Sinn Fein Şimali İrlandiyadakı seçkidə qalib gəlib

İngiltərədən ayrılmağı müdafiə edən Sinn Fein Şimali İrlandiyadakı seçkidə qalib gəlib
# 08 may 2022 08:35 (UTC +04:00)

Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılaraq İrlandiya ilə birləşməsini müdafiə edən Sinn Fein Milli Respublika Partiyası tarixdə ilk dəfə regional parlament olan Assambleyaya seçkilərdə qalib gəlib.

APA BBC-ə istinadən xəbər verir ki, bu nəticə ilə bölgənin 100 illik tarixində ilk dəfə İrlandiya millətçi partiyası seçkilərdə birinci yeri tutaraq Baş nazir təyin etmək şansı qazanıb.

İrlandiya Ordusunun siyasi qanadı hesab edilən millətçi Sinn Fein parlamentdə 90 yerdən 27-i yer qazanıb. Müxalifətdən olan Demokratik Birlik Partiyası (DBP) isə 24 mandatda qalıb.

Bununla belə, Şimali İrlandiyaya məxsus güc bölgüsü sazişinə əsasən, birinci və ikinci tərəflər bölgəni birgə idarə etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR