İngiltərəyə səyahətlə bağlı məhdudiyyətlər yüngülləşdirilir

İngiltərəyə səyahətlə bağlı məhdudiyyətlər yüngülləşdirilir
# 06 yanvar 2022 18:30 (UTC +04:00)

Tam peyvənd olunmuş şəxslər üçün İngiltərəyə səyahət qaydalarında dəyişikliklər edilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, yanvarın 7-dən etibarən tam peyvənd olunmuş şəxslərin İngiltərəyə daxil olarkən PCR testi vermələrinə və sonrakı günlər ərzində özlərini izolasiya etmələrinə ehtiyac qalmayacaq.

9 yanvardan etibarən isə ölkəyə daxil olan şəxslər ikinci gündə PCR testi yerinə evdə yoxlana bilən COVID-19 testləri verə biləcəklər. Bununla da İngiltərəyə səyahətlə bağlı məhdudiyyətlər yüngülləşdirilir və Omicron ştamından əvvəlki qaydalar bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR