İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
# 09 yanvar 2023 19:10 (UTC +04:00)

Almaniya İranda nümayişçilərin edam edilməsinə etiraz olaraq Tehranın Berlindəki səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.

APA xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok bildirib.

Nazir qeyd edib ki, Almaniya XİN-ə çağırılan İran nümayəndəsinə tam aydın şəkildə ifadə edilib ki, İrandakı qəddar təqiblər, Tehranın öz əhalisinə təzyiqi və xalqı terror etməsi, həmçinin sonuncu iki edam cavabsız qalmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR