İranda britaniyalı diplomat casusluq ittihamı ilə saxlanılıb - FOTO

İranda britaniyalı diplomat casusluq ittihamı ilə saxlanılıb - FOTO
# 06 iyul 2022 23:38 (UTC +04:00)

İranda Britaniyanın Tehrandakı səfirinin müavini və bir neçə digər diplomat saxlanılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusunun Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, saxlanılan diplomatlar casusluqda ittiham olunur.

"Bu diplomatlar casusluq edib, SEPAH-ın RAKET sınaq həyata keçirdiyi qadağan olunmuş ərazidə torpaq nümunləri toplayıblar."

“Reuters” agentliyi isə xəbər verir ki, saxlanılanlar arasında qadağan olunmuş ərazilərdə torpaq nümunələrinin götürülməsi kimi casusluq hərəkətlərinə görə Tehrandakı Britaniyanın ikinci ən yüksək vəzifəli nümayəndəsi də var.

Saxlanılanların hələ də həbsdə olunub-olunmaması barədə məlumat verilməyib.

“Bu casuslar İnqilab Keşikçiləri Korpusunun aerokosmik raket təlimlərinin keçirildiyi İranın mərkəzi səhrasında torpaq nümunələri götürüblər”, - deyə İran dövlət televiziyası bildirib.

Saxlanılanlar arasında Avstriyanın İrandakı mədəni məsələlər üzrə attaşesinin əri və İranda turist kimi səfərdə olan Polşa vətəndaşı, universitet professoru Maçiek Valzak adlı şəxs də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR