İspaniya Baş naziri Çin lideri ilə Ukraynanı müzakirə edəcək

Pedro Sançez

© APA | Pedro Sançez

# 29 mart 2023 14:45 (UTC +04:00)

İspaniyanın Baş naziri Pedro Sançez (Pedro Sánchez) Çinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə “Agencia EFE” ispan agentliyi bildirib.

Agentliyin sözlərinə görə, səfər zamanı Sançez Cin Sədri Si Cinpinlə görüş keçirəcək və Ukraynadakı vəziyyət müzakirə olunacaq, lakin ispan Baş nazir görüşdə Avropa İttifaqının nümayəndəsi kimi iştirak etməyəcək.

Qeyd edək ki, Si Cinpinin Rusiya səfərindən sonra Sançez ilk Avropa ölkəsi lideri olacaq ki, Çin sədri ilə görüş keçirəcək.

Səfərin 30-31 mart tarixlərində baş tutması qeyd olunub və rəsmi Pekinin Ukrayna münaqişəsinin həllində rolu, Moskva ilə Kiyev arasında sülhə nail olmaq üçün Çin hökumətinin təklif etdiyi 12 bənddən ibarət sənəd müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR