İspaniya polisi 4 ton həşiş daşıyan gəmini ələ keçirib

İspaniya polisi 4 ton həşiş daşıyan gəmini ələ keçirib
# 28 dekabr 2022 03:57 (UTC +04:00)

İspaniya polisi krallığın cənubunda 4,4 ton həşiş daşıyan Britaniya yelkənli gəmisini ələ keçirib.

APA-nın İspaniya polisinə istinadla verdiyi məlumata görə, Britaniya ilə birgə keçirilən əməliyyat tədbirləri çərçivəsində göyərtəsində dörd tondan çox həşiş olan Britaniya yelkənli gəmisi ələ keçirilib.

Qeyd olunur ki, gəmi narkotik yükləmək üçün Mərakeşin qərb sahillərinə doğru getsə də, daha sonra hava şəraiti səbəbindən İspaniya sularına qayıtmaq məcburiyyətində qalıb.

İspaniya polisi vurğulayıb ki, əməliyyat çərçivəsində Böyük Britaniyadan olan iki ekipaj üzvü də saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR