İspaniya Ukraynaya “Leopard 2” tankları göndərəcək

Leopard 2

© APA | Leopard 2

# 25 yanvar 2023 13:42 (UTC +04:00)

İspaniya hökuməti Almaniya istehsalı olan “Leopard 2” tanklarının Ukraynaya göndərilməsi barədə qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “El Pais” nəşri yayıb.

Nəşr qeyd edir ki, rəsmi Madrid bu qərarı Ümumavropa səviyyəsində əldə olunan razılaşma ilə bağlı verib.

Tankların Ukraynaya tədarük tarixi və sayı barədə hələlik məlumat yoxdur.

Həmçinin əlavə olunub ki, İspaniya Silahlı Qüvvələrinin arsenalında 347 “Leopard” tankı var.

Xatırladaq ki, 12 ölkə Ukraynaya 100-ə yaxın “Leopard 2” tankı təhvil verməyə hazır olduğunu bildirmişdi və bu ölkələrin arasında Polşa, Finlandiya, Hollandiya və Danimarkanın da adı çəkilirdi. Tankları göndərməyə hazır olduqlarını bildirən dövlətlərin rəsmiləri texnikanın verilməsi üçün Almaniya hökumətinin istehsalçı ölkə kimi razılığının əldə olunmasını yeganə şərt adlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR