İspaniya Ukraynaya yüksək keçidli avtomobillər verib

İspaniya Ukraynaya yüksək keçidli avtomobillər verib
# 07 oktyabr 2022 01:11 (UTC +04:00)

İspaniya Ukraynaya növbəti hərbi yardım göndərib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, yarım paketinə yüksək keçidli avtomobillər, təcili yardım avtomobilləri və tibbi ləvazimat daxildir.

Bu partiyada Kiyevə yüksək keçidli “Anibal” avtomobilləri, təcili yardım avtomobilləri və 5 ton tibbi ləvazimat daxil edilib.

Yaxın günlərdə ölkəyə dəniz yolu ilə 12 yük avtomobili də çatdırılacaq.

Faktı İspaniya Müdafiə Nazirliyi də təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR