İspaniyada əhaliyə dördüncü doza vaksin vurulması planlaşdırılır

İspaniyada əhaliyə dördüncü doza vaksin vurulması planlaşdırılır
# 20 iyun 2022 06:12 (UTC +04:00)

“Bütün əhaliyə dördüncü dozanın vurulması planlaşdırılır. Hər şey hazırdır, yalnız vaxtı təyin etmək qalıb”.

APA xəbər verir ki, bunu İspaniyanın səhiyyə naziri televiziyaya müsahibəsində deyib.

“Böyük ehtimalla bu iş payızda reallaşacaq. Həmin vaxt koronavirusun müxtəlif ştamlarına qarşı qoruyan peyvəndlər də hazır olacaq” – deyə nazir qeyd edib.

Qeyd edək ki, hazırda İspaniyada Covid-19 əleyhinə 4-cü doza vaksin yaşı 80-dən yuxarı olan şəxslərə tətbiq edilir. Ölkə əhalisinin 57%-i buster dozanı qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR