İspaniyada iki qatar toqquşub, 150-dən çox insan yaralanıb - YENİLƏNİB

İspaniyada iki qatar toqquşub, 150-dən çox insan yaralanıb - YENİLƏNİB
# 07 dekabr 2022 14:51 (UTC +04:00)

İspaniyanın Kataloniya bölgəsində iki qatarın toqquşması nəticəsində 150-dən çox insan yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, xəsarət alanların 5-nin vəziyyəti orta ağırdır.

Hadisə yerində xilasetmə xidməti işləyir. Xəsarət alanların sayı dəqiqləşdirilir.

“El País” qəzeti qəzanın Monkada-i-Reşak şəhərinin dəmiryolu vağzalında baş verdiyini yazır.

***

12.29

İspaniyanın Kataloniya bölgəsində 2 qatarın toqquşması zamanı azı 70 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə vətəndaşların mühafizəsi ilə bağlı yerli idarə bildirib.

Hazırda ərazidə xilasedicilərin çalışdığı, yaralı sayının dəqiqləşdirildiyi bildirilir.

İnsidentin digər təfərrüatları barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR