İsrail xarici işlər naziri Türkiyəyə səfər edəcək

İsrail xarici işlər naziri Türkiyəyə səfər edəcək
# 26 may 2022 14:18 (UTC +04:00)

İsrail xarici işlər naziri Yair Lapid Türkiyəyə səfər edəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin və İsrail səfərlərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O, səfərin tezliklə baş tutacağını qeyd edərək, dəqiq tarixin hələ bəlli olmadığını vurğulayıb.

Çavuşoğlunun sözlərinə görə, Yair Lapidin səfəri zamanı Türkiyənin yenidən İsrailə səfir təyin etməsi məsələsi də müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR