İsraildə hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 pilot olüb - VİDEO

İsraildə hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 pilot olüb - VİDEO
# 04 yanvar 2022 04:11 (UTC +04:00)

İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində hərbi helikopter qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Helikopterdə olan 3 pilotdan 2-si həlak olub.

Hadisə gecə saatlarında təlim uçuşu zamanı baş verib.

“The Times of Israel” nəşrinin məlumatına görə, üçüncü pilot xəsarət alıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR