İsraildən xüsusi əməliyyat: İstanbuldakı vətəndaşlar xilas edilib

İsraildən xüsusi əməliyyat: İstanbuldakı vətəndaşlar xilas edilib
# 13 iyun 2022 16:58 (UTC +04:00)

“İstanbula səyahət etməyi planlaşdırırsınızsa, onu ləğv edin. Həyatınıza dəyər bir tətil yoxdur!”

APA “Times of İsrael”ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid deyib.

O bildirib ki, İran agentləri israilliləri öldürmək və ya qaçırmaq niyyətindədir.

Bunu real təhlükə adlandıran Yair Lapid səbəb kimi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvünün öldürülməsinə görə, İranın qisas almaq istəyini əsas göstərib və əlavə edib ki, İstanbula səyahət etmək istəyən İsrail vətəndaşlarına qarşı hücum cəhdləri ola bilər.

Yair Lapid vurğulayıb ki, İsrail təhlükəsizlik təşkilatları, Xarici İşlər Nazirliyi, Baş nazirlik son həftələrdə ölkə vətəndaşların bir qrupunun həyatını xilas edib: “Onlardan bəziləri İsrailə qayıdıb, canlarının qurtarıldığını belə bilmədən bizim aramızdadırlar”.

Xarici işlər naziri Türkiyə hökumətinə ölkədəki israilliləri qorumaq üçün göstərdiyi səylərə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR