İsrailin Gürcüstandakı səfirliyi də fəaliyyətini dayandırıb

İsrailin Gürcüstandakı səfirliyi də fəaliyyətini dayandırıb
# 27 mart 2023 18:13 (UTC +04:00)

İsraildə davam edən ümumi tətil səbəbi ilə İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib.

Qeyd olunub ki, İsrailin Histadrut həmkarlar ittifaqının elan etdiyi ümumi tətillə əlaqədar İsrailin Tbilisidəki səfirliyi bu gündən növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırır.

Tətil dövründə konsulluq xidmətlərinin göstərilməyəcəyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR