İsrailin maliyyə naziri koronavirusa yoluxub

Aviqdor Liberman

© APA | Aviqdor Liberman

# 15 yanvar 2022 22:18 (UTC +04:00)

İsrailin maliyyə naziri Aviqdor Libermanın koronavirusa qarşı verdiyi testing cavabı müsbət çıxıb.

APA xəbər verir ki, bu barədə nazir “Twitter” səhifəsində yazıb.

“Şənbə günü mənə koronavirus diaqnozu qoyuldu. Özümü yaxşı hiss edirəm və yaxın bir neçə günü Nokdimdəki evimdə təcrid olunmuş vəziyyətdə keçirəcəyəm”, - deyə Liberman vurğulayıb.

O, sağalanadək distant rejimdə işləməyə davam edəcək.

Qeyd edək ki, bundan əvvəl İsrailin xarici işlər naziri Yair Lapiddə koronavirus aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR