İsrailin XİN rəhbəri İsveçə səfər edib

Eli Kohen

© APA | Eli Kohen

# 15 may 2023 13:29 (UTC +04:00)

İsrailin xarici işlər naziri Eli Kohen İsveçə səfər edib.

APA xəbər verir ki, bu barədə diplomat “Twitter”də yazıb.

Qeyd olunub ki, bu, son 20 il ərzində İsrail xarici işlər naziri səviyyəsində İsveç Krallığına ilk səfərdir.

Nazir qeyd edib ki, isveçli həmkarı Tobias Billström və digər rəsmi şəxslərlə görüşəcək:

“İsrail və İsveç dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi, münasibətlərin istiləşməsi üçün mən dostlarım, İsveçin xarici işlər naziri Tobias Billström və digər rəsmi şəxslərlə görüşəcəyəm”.

İsrailli diplomat İsveç rəsmilərindən hansılarla görüşlərin planlaşdırıldığını dəqiqləşdirməyib.

Xatırladaq ki, İsrail və İsveçin xarici işlər nazirləri sonuncu dəfə 18 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR