İstanbul boğazında gəmilərin hərəkəti bərpa olunub - YENİLƏNİB

Gəmi

© APA | Gəmi

# 16 yanvar 2023 13:07 (UTC +04:00)

İstanbul boğazında saya oturan gəminin xilasetmə işləri başa çatıb

APA xəbər verir ki, bu barədə “NTV” kanalı məlumat yayıb.

Həmçinin əlavə olunub ki, boğazda digər gəmilərin hərəkəti tədricən bərpa olunur.

***

09:31

Ukraynadan gələn yük gəmisi İstanbul boğazında saya oturub və dəniz nəqliyyatının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsi “Twitter”də bildirib.

Məlumata görə, hazırda idarənin xilasetmə dəstələri gəmi, qayıq və müxtəlif texnikaların köməyi ilə gəminin hərəkətini bərpa etmək üçün lazımi tədbirləri həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR