İstanbul boğazında hərəkət bərpa olunub - YENİLƏNİB

İstanbul boğazında hərəkət bərpa olunub  - YENİLƏNİB
# 30 iyul 2022 00:43 (UTC +04:00)

Gəmidə baş verən nasazlığa görə bağlanmış İstanbul boğazında hərəkət bərpa olunub.

APA-nın Anadolu Agentliyinə istinadla xəbərinə görə, mühərrikində nasazlıq yaranan gəmi təhlükəsiz əraziyə dartıldıqdan sonra boğazda hərəkət hər 2 istiqamətdə adi rejimdə davam edir.

***

21.39

Gəmidə baş verən nasazlığa görə İstanbul boğazında naviqasiya hər 2 istiqamətdə dayandırılıb.

APA-nın Anadolu Agentliyinə istinadla xəbərinə görə, Misirdən Bolqarıstana hərəkət edən SPARTA adlı gəmidə Yavuz Sultan Səlim körpüsü yaxınlığında nasazlıq yaranıb.

Türkiyəyə məxsus 2 yedəkçi gəmi 134 metrlik nasaz gəmini kənarlaşdırmaq üçün əməliyyata başlayıb. Bu səbəbdən boğazda hərəkət hər 2 istiqamətdə dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR