İstanbul boğazında hərəkət bərpa olunub - YENİLƏNİB

İstanbul boğazında hərəkət bərpa olunub - YENİLƏNİB
# 28 sentyabr 2022 22:53 (UTC +04:00)

İstanbul Boğazı gəmilərin hərəkəti üçün yerli vaxtla saat 20:00-dan etibarən cənub-şimal istiqamətində yenidən açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Sahil Təhlükəsizliyi Ümumi Müdirliyindən bildirilib.

***

Saat 19:42

Panama bayraqlı “Viva Eclipse” quru yük gəmisinin İstanbulun Üsküdar rayonu sahillərində texniki problemi yaranıb, bu səbəbdən İstanbul boğazı müvəqqəti olaraq nəqliyyata bağlanıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “İhlas” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiyaya hərəkət edən və nasazlıq səbəbindən Üsküdarda lövbər salan gəmi xilasetmə işlərinin ardından Sahil Təhlükəsizliyi Ümumi Müdirliyi tərəfindən Ahırkapıya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR