Türkiyənin İstanbul şəhərində Elektrik Tramvay Tunel Nəqliyyat İdarəsinə (İETT) məxsus avtobus qəzaya uğrayıb, xəsarət alanlar var.
APA xəbər verir ki, bu barədə “TRT Haber” xəbər yayıb.
Avtobusun yol kənarındakı baryerlərə çırpılması nəticəsində ağır yol-qəza hadisəsi baş verib.
Qeyd olunub ki, müvafiq qurumlar hadisə yerinə cəlb olunub, xəsarət alanların olduğu bildirilib, lakin onların sayı barədə hələlik dəqiq məlumat yoxdur.