İstanbulun Eyüpsultan rayonunda sərnişin avtobusu ilə tramvayın toqquşması nəticəsində yaralananların sayı 33-ə yüksəlib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
***
11:01
İstanbulun Eyüpsultan rayonunda sərnişin avtobusu ilə tramvay toqquşub.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, nəticədə avtobusda olan bir neçə sərnişin yaralanıb.